
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2015/2016 mövsümünə yekun vurulub. Sportnet.az-ın məlumatına görə, XXXVI turdan sonra çempionatın bütün medalçıları müəyyənləşib.
"Rəvan" doğma azarkeşlər önündə "Xəzər Lənkəran"la qarşılaşıb. Görüş 2:2 hesabı ilə başa çatıb. Bununla da "Rəvan" elitada qalmağa nail olub. "Xəzər Lənkəran" isə yeni mövsümü I Divizionda keçirməli olacaq. Meydan sahiblərinin heyətində Yasin Həmid və Ramazan Abbasov fərqlənib. Lənkəranlıların heyətində isə Bayram Budaqov və İbrahim Qədirzadə adını tabloya yazdırıb.
"Qəbələ" Gəncədə "Kəpəz"lə üçüncülük mübarizəsinə çıxıb. Oyun "Kəpəz"in 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb. "Qırmızı-qaralar" səfərdə 3 xal qazanmaqla mövsümün bürünc medallarını qazanıb. Qonaqların heyətində Aleksey Qay komandasına qələbə qazandıran topu vurub.
"İnter" evdə mövsümün gümüş medalçısı "Zirə"ni qəbul edib. Qaşrılaşma "bankirlər"in minimal hesablı qələbəsi ilə yekunlaşsa da bu onların üçüncülü pilləsyə yüksəlməsinə kifayət etməyib.
"Sumqayıt" evdə "Neftçi"ni, çempion "Qarabağ" isə AZAL-ı qəbul edib. "Sumqayıt" 2:1, "Qarabağ" isə 3:0 hesablı qələbəyə sevinib. Nəticədə avrokuboklara "Neftçi" vəsiqə qazanıb.
Azərbaycan Premyer Liqası, XXXVI tur
17:00. "Rəvan" – "Xəzər Lənkəran" - 0:2
Qollar: Yasin Həmid, 76. Ramazan Abbasov, 82 (P) - Bayram Budaqov, 2. İbrahim Qədirzadə, 66
Hakimlər: Ramil Diniyev, Munis Abdullayev, Elgün Adıgözəlli, Elvin Əsgərov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Məhəmməd Məmmədov
Bakı. "Bayıl Arena"
17:00.
"Kəpəz" – "Qəbələ" - 0:1
Qol: Aleksey Qay, 76
Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Namiq Hüseynov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Füzuli Nəcəfov
Gəncə. Gəncə şəhər stadionu
17:00. "İnter" – "Zirə" - 1:0
Qol: Abbas Hüseynov, 69
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Knyaz Əmiraslanov, Fərid Məmmədov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Gülağa Cabarov
Bakı. "İnter Arena"
19:00. "Sumqayıt" – "Neftçi" - 2:1 (İKİNCİ HİSSƏ)
Qollar: Vaqif Cavadov, 17. Amil Yunanov, 63 - Araz Abdullayev, 14
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Cavanşir Yusifov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Xaqani Məmmədov
Sumqayıt. "Kapital Bank Arena"
19:00. "Qarabağ" – AZAL - 3:0 (İKİNCİ HİSSƏ)
Qollar: Mahir Mədətov, 21. Migel Madera, 30. Dani Kintana, 41
Hakimlər: Ömər Paşayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Məlik Həsənov
Bakı. "Azərsun Arena"