1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Bonilya Azərbaycanı tərk etdi
Bakının "Zirə" klubunun futbolçusu Nelson Bonilya bu gün "İnter"lə Azərbaycan Premyer Liqasının XXXVI tur matçında meydana çıxmayacaq. Sportnet.az-ın məlumatına görə, 26 yaşlı hücumçu cəzalı olduğu üçün klubun icazəsi ilə vətəni Salvadora yollanıb.
"El Grafico" yazır ki, Bonilyanın erkən gedişinə millidən aldığı dəvət və öz ölkəsindəki şəxsi işləri səbəb olub. Salvador millisi mayın 28-də Peru, iyunun 1-də Ermənistanla ABŞ-da yoldaşlıq görüşü keçirəcək. Təcrübəli qolçu fürsətdən yararlanaraq, Salvador çempionatının oyununu da izləyib.
Onun "Zirə" ilə daha bir illik müqaviləsi qüvvədə olsa da, Serbiya "Partizan"ından təklif aldığı bildirilir. Bonilyanın özü isə Belqrad təmsilçisinin Azərbaycan klubu ilə əlaqə saxladığına dair Serbiya mətbuatında yazılanlardan xəbərsiz olduğunu söyləyib.
Hazırda aktivində 14 qolu olan amerikalı forvard "Qarabağ"ın futbolçusu Dani Kintana ilə birgə bombardirlər siyahısına başçılıq edir. Üçüncü pillədəki "Neftçi"nin hücumçusu Ruslan Qurbanov onlardan 1 top geri qalır. Bu isə Bonilyanın bombardirliyi əldən verə biləcəyi anlamına gəlir.
Qeyd edək ki, "İnter" - "Zirə" matçı saat 17:00-da başlanacaq. Oyunun ardından "Zirə"yə Premyer Liqanın gümüş medalları təqdim olunacaq.