
Avropa Liqasına sonuncu vəsiqənin sahibi müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, bu, "Neftçi" klubudur.
Flaqman Azərbaycan Premyer Liqasının son turunda "Sumqayıt"a 1:2 hesabı ilə uduzsa da, avrokuboklara vəsiqəni təmin edib. Buna paralel keçən oyunda AZAL-ın "Qarabağ"a 0:3 hesablı məğlubiyyəti səbəb olub.
36 turdan sonra 49 xalla 6-cı olan "Neftçi" "Zirə" və "İnter"in Avropa Liqasına buraxılmamaları səbəbindən qitəmiqyaslı arenada yerini təmin edib. Azərbaycan Kubokunun finalında "ağ-qaralar"ın "Qarabağ"la keçirəcəyi oyunun nəticəsi isə bu vəsiqəyə heç bir təsir göstərməyəcək.