"Sumqayıt"ın baş məşqçisi Samir Abasov "Neftçi"yə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXXVI tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az-ın məlumatına görə, gənc mütəxəssis əvvəkcə flaqmanı Avropa Liqasına vəsiqə qazanması münasibətilə təbrik edib...
- Bu görüşə olduqca ciddi hazırlaşmışdıq. "Neftçi" son turlarda uğurlu seriya yaxalamışdı. Oyundan öncə futbolçularıma demişdim ki, bu matçı nə rəhbərlik, nə turnir cədvəli üçün oynamırıq. Yalnız azarkeşlər üçün oynayırdıq ki, onları sevindirək və gələn mövsüm bizə ümid yaradaq. Sevinirik ki, çempionatı major notda bitirə bildik.
- Hesabda geri olduğunuz vaxt yetirmələrinizə nə dediniz?
- Üç oyun idi ki, hesabda geri oldumuz halda, dönüş yaratmağı bacardıq. Bu dəfə də oyunu xilas edə bildik. Komandama da dedim ki, qapını möhkəm çırpmalıyıq.
- Vaqif Cavadov bu gün xoş təsir bağışladı. Sizcə, son turlar onun ayağının açılması nə ilə əlaqədardır?
- Cavadov bir neçə oyundur ki, xoş təsir bağışlayır. Çıxış etdiyi klublar hamıya məlumdur. Təkcə ona yox, hamıya inanırıq. Təəssüf ki, komandamız gec ayıldı. Vaqif də çempionata bir qədər gec qoşuldu. Amma ona əvvəl də inanırdıq, indi də inanırıq. Karyerası hələ irəlidədir.
- Bir çox epizodlarda hakimliyə etiraz etdiniz...
- Bu, təbiidir. İstər-istəməz reaksiya verməli olursan. Amma obyektiv qiyməti siz - kənardan baxan jurnalistlər verə bilər.