"Qarabağ"ın legioneri Dani Kintana Azərbaycan Premyer Liqasının tarixinə düşüb. Sportnet.az-ın məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi 1992-ci ildən keçirilən milli çempionatımızın bombardiri olan ilk ispaniyalı futbolçu kimi tarixinə düşüb.
Belə ki, bunadək Premyer Liqada bombardir legionerlərdən Fil Dişi Sahilindən Yakuba Bamba, Uruqvaydan Valter Quqlemon, Gürcüstandan Georgi Adamiya, Özbəkistandan Bahadır Nəsimov, Çilidən Nikolas Kanales, Braziliyadan Reynaldo Silva olsa da, ispaniyalı olmamışdı. Badri Kvaratsxeliya əslən Gürcüstandan olsa da, milliləşdiriləcək yığmamızdan oynadığından onu nəzərə almırıq. Badrinin həmyerlisi Adamiyanı nəzərə almasaq, Kintana Premyer Liqamızın ən sərrast oyunçusu olan ilk avropalı kimi da tarixə düşüb.
Göründüyü kimi, keçirilən 23 çempionatdan çoxunda bombardir yerli futbolçu olub - 15 dəfə. Onlardan Nazim Əliyev ən çox - 3 dəfə mövsümün qolçusu olub. Özü də milli çempionatlarımızda da ən sərrast oyunçu olsn Əliyev hər 3 bombardirliyinə müxtəlif komandalarla nail olub. Özü də bir mövsümdə ən çox qol da məhz bu hücumçuya aiddir. Bu, ilk çempionatda 39 qoldur.
Qurban Qurbanovla Zaur Ramazanov 2 dəfə bombardir olub. Qurbanov müxtəlif vaxtlarda "Neftçi" ilə "qol kralı" olubsa, Ramazanov fərqli əyalət təmsilçiləri - Yevlaxın "Karvan" klubu və "Xəzər Lənkəran"la ilə hamıdan üstün olub.
Siyahıya nəzər salsaq, ardıcıl -ci mövsümdür bombardirin 15 qol vurduğunu görərik. Ötən il Nurlan Novruzov da bu qədər fərqlənmişdi. Ancaq bu, antirekord deyil. Belə ki, ən aşağı məhsuldarlıq düz 15 il öncə Paşa Əliyevə məxsusu olub - 12 qol.
Kintana ilə "Qarabağ" 4-cü dəfə mövsümün bombardiri olub. Daha öncə Samir Musayev, Georgi Adamiya və Reynaldo Silva Ağdam klubunu ən sərrast oyunçular siyahısında 1-ci ediblər. "Neftçi" də öz futbolçuları ilə 4 dəfə bombardirlər yarışının qalibi olub.
Azərbaycan Premyer Liqası
1992-ci il mövsümü
Nazim Əliyev ("Xəzər", Sumqayıt) - 39 qol
1993-cü il mövsümü
Samir Ələkbərov ("Neftçi") - 16 qol
1993/94 mövsümü
Musa Qurbanov ("Turan") - 35 qol
1994/95 mövsümü
Nazim Əliyev ("Neftçi") - 26 qol
1995/96 mövsümü
Fazil Pərvərov, Rövşən Əhmədov (hər ikisi "Kəpəz") - 23 qol
1996/97 mövsümü
Qurban Qurbanov ("Neftçi") - 34 qol
1997/98 mövsümü
Nazim Əliyev ("Dinamo") - 23 qol
1998/99 mövsümü
Alay Bəhramov ("Viləş") - 24 qol
1999/00 mövsümü
Badri Kvaratsxeliya ("Şəmkir") - 16 qol
2000/01 mövsümü
Paşa Əliyev ("Dinamo-Bakılı") - 12 qol
2003/04 mövsümü
Samir Musayev ("Qarabağ") - 20 qol
2004/05 mövsümü
Zaur Ramazanov ("Karvan") - 21 qol
2005/06 mövsümü
Yakuba Bamba ("Karvan") - 16 qol
2006/07 mövsümü
Zaur Ramazanov ("Xəzər Lənkəran") - 20 qol
2007/08 mövsümü
Xaqani Məmmədov ("İnter") - 19 qol
2008/09 mövsümü
Valter Quqlemon ("İnter") - 17 qol
2009/10 mövsümü
Fərid Quliyev ("Standard") - 16 qol
2010/11 mövsümü
Georgi Adamiya ("Qarabağ") - 18 qol
2011/12 mövsümü
Bahadır Nəsimov ("Neftçi") - 16 qol
2012/13 mövsümü
Nikolas Kanales ("Neftçi") - 26 qol
2013/14 mövsümü
Reynaldo Silva ("Qarabağ") - 22 qol
2014/15 mövsümü
Nurlan Novruzov ("Bakı") - 15 qol
2015/16 mövsümü
Dani Kintana ("Qarabağ") - 15 qol