
"İnter" klubunun hücumçusu Vüqar Nadirov "İnter"dən ayrılıb. Bu barədə Sportnet.az-a klub prezidenti Rəşad Qasımov məlumat verilib.
Artıq "bankirlər" yeni mövsümdən Nadirovun xidmətindən yararlanmayacaq. 29 yaşlı hücumçu 2015/2016 mövsümünün qış fasiləsində "İnter"lə 6 aylıq müqaviləyə qol çəkmişdi.
Qeyd edək ki, Nadirovdan başqa Laşa Salukvadze də "İnter"lə yollarını ayırıb.