1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ağayev getdi, Ağayev gəlir
Bakının "İnter" klubu Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayevlə yollarını ayırıb. Sportnet.az xəbər verir ki, bu barədə "Report"a klubdan məlumat verilib.
Bildirilib ki, klub K.Ağayevlə yanaşı komandanın digər qapıçısı Elşən Poladovun da xidmətində maraqlı olmayıb. Bununla da hazırda "bankirlər"in heyətində yalnız gürcüstanlı qapıçı Georgi Lomaya qalıb.
Klub yeni qapıçı axtarışlarını dəvət etdirir və milli komandanın digər qapıçısı Səlahət Ağayevlə danışıqlar aparır. Hazırda milli komanda ilə birgə Avstriyada təlim-məşq toplanışında olan S.Ağayevlə münasibətlər milli Bakıya qayıtdıqdan sonra rəsmiləşdiriləcək.
Qeyd edək ki, bundan əvvəl "İnter" hücumçu Vüqar Nadirov və müdafiəçi Laşa Salukvadze ilə yollarını ayırıb.