"Neftçi"nin Müşahidə Şurası bu gün klub bazasında iclas keçirəcək. Sportnet.az-ın məlumatına görə, iclasın başlama vaxtı təxminən saat 14:00-a planlaşdırılıb.
İclasda komandanın 2016/2017 mövsümündəki çıxışları, transfer siyasəti, Avropa Liqasında iştirakla bağlı məsələlər müzakirə olunacaq.
Komandanın baş məşqçisi Vəli Qasımovun da postunda qalıb-qalmayacağı iclasda müəyyənləşəcək.