
Futbol üzrə Moldova çempionatının qalibi "qızıl oyun"la müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, "Şerif" "Daçiya"nı 1:0 hesabı ilə yenərək, tarixində 14-cü dəfə çempion olub.
Yeganə qolu 88-ci dəqiqədə Qoran Qaleşiç vurub. Çempion komandanın heyətində "Qəbələ"nin sabiq hücumçusu Daniel Subotiç də yer alıb. Subotiç 62-ci dəqiqədə yerini məhz Qaleşiçə verib. 27 yaşlı forvard "qızıl oyun"da fərqlənə bilməsə də, 12 qolla bombardir olub.
Qeyd edək ki, Daniel Subotiç 2013-2014 mövsümündə "Qəbələ"də çıxış edib. İsveçrəli hücumçu 29 oyuna 12 qol vurub.