"Hazırda Bakıdan kənarda istirahətdəyəm. Bir neçə gün futboldan uzaq qalmağı, ailəmlə dincəlməyi, onlara vaxt ayırmağı düşünürdüm. Telefonlara da çox cavab vermirdim. Sizin zənginizə cavab verəndən özüm nəsə hiss etmişdim”. Bu fikirləri Sportnet.az-a açıqlamasında "Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov deyib. Premyer Liqada son mövsümdə 9-cu yeri tutmaqla yerini qoruyan komandanın çalışdırıcısı növbəti mövsümdə çıxış edəcəkləri ilə bağlı AFFA-dan lisensiya alacaqlarını gözlədikləri söyləyib: "İnternetə də daxil olmuram. Ona görə AFFA-nın lisenziyalaşdırma ilə bağlı qərarından xəbərim yoxdur. Bizim rəhbərlik də burda deyil, İtaliyadadır. Onlar sabah gələcəklər. Həmin vaxt əlaqə saxlayıb sizə məlumat verə bilərəm. Məndə olan məlumata görə, bütün sənədlər AFFA-ya verilmişdi. Yalnız bank zəmanəti qalmışdı. Lisenziya alanlar arasında "Rəvan”ın adının hansı səbəbdən olduğunu deyə bilmərəm. Hətta gələn üçün planlarımız açıqlanmışdı. Rəhbərliklə görüşdə bu haqda danışmışdıq. Mən çox istərdim ki, Premyer Liqada oynayaq. Çünki bu, bizim haqqımızdır. Komanda bunun üçün mövsümdə o qədər əziyyət çəkdi”.













































































