1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Bəhmən Həsənov: "Ukraynaya gedəcəyəm"
"Rəhbərliyimizdən vitse-prezident İlqar Axundov İtaliyadan qayıdıb. Onunla bu gün AFFA-nın Lisenziyalaşdırma Qrupunun qərarı ilə bağlı söhbətim oldu. İlqar müəllim dedi ki, bizim məsələ iyunun 1-dək həllini tapacaq".
Bu fikirləri Sportnet.az-a açıqlamasında Premyer Liqada çıxış etmək üçün lisenziya ala bilməyən "Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov deyib. Onun sözlərinə görə, yalnız bank təminatı ilə bağlı məsələnin həllini tapmasını gözləyirlər: "Rəhbərlik də bunun iyunun 1-dək həll olunacağını diqqətimə çatdırıb. Mənə deyilib ki, get, komandanı növbəti mövsümə hazırla. Bizim 5 legioner gətirmək fikrimiz var. Rəhbərlik də buna razılığını verib. Həmin legionerlərlə danışıqlar aparmışıq. Bir oyun qurucusu var Portuqaliyadan. Onu şəxsən özüm istəyirəm. Daha bir belə oyunçu Ukraynadandır. Yasim Hamid tipli futbolçudur. Ondan daha yaxşılarını gətirməyə çalışırıq. Fikrimiz qətidir və onların arxasınca yaxın günlərdə Ukraynaya gedəcəyəm. Kiyevdə çıxış edəcəkləri turnir var. Orada maraqlandığımız legionerlərə baxacağam".
Həsənov Donetskin "Şaxtyor" klubundan da futbolçu gətirmək imkanının olduğunu bildiirb: "Akademiyada işlədiyim vaxtdan "Şaxtyor"un Futbol Akademiyası ilə yaxşı əlaqələrim yaranıb. "Şaxtyor-3"də yaxşı futbolçular var ki, onları Azərbaycana dəvət edə bilərik. Kiyev səfərim zamanı bu məsələni də nəzərdən keçirəcəyəm".