1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rövnəq Abdullayev: "Bu dəqiqə tərsinə oynayırlar" - MÜSAHİBƏ
AFFA prezidenti Rövnəq Abdullayev İcraiyyə Komitəsinin bugünkü iclasından sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Komitənin iclasında nələr müzkirə olundu?
- Uzun müzakirələrdən sonra İcraiyyə Komitəsinin iclası başa çatdı. Əsas məsələ klubların lisenziya ilə bağlı olan problemləridir. Həm Premyer Liqa, həm də I Divizionda lisenziya tələblərinə və normal klub quruluşuna heç biri cavab vermir. Bu amillərə cavab verən 8 klubdur. Onlar UEFA və FİFA-nın tələblərini yerinə yerinə yetirir. Qalan klublara deməzdim ki, peşəkardır, onlar həvəskar səviyyədədir. Biz tələb qoymuşuq. Premyer Liqada və aşağı dəstədə nə qədər komandaların qalacağı və onların maliyyə vəziyyətləri müzakirə olundu. Hamısı bankdan zəmanət verməlidir. Düşündük ki, AFFA Lisenziya Komitəsi, baş katiblik və Peşəkar Futbol Liqası klublarla bir də işləsin. Bir həftə vaxt verdik. İyunun 13-də daha bir görüş olacaq və qərar veriləcək. Premyer Liqada neçə komandanın qalması bundan asılıdır ki, hansılar lisenziya alacaq. Hamı idman prinsiplərinin saxlanmasının tərəfdarıdır. I Divizionda ilk iki pillənin sahibi Premyer Liqaya gəlməlidir. Elitada son iki pillənin sahibi isə aşağı liqaya getməlidir. Qaydalar belədir. İndi problem ondadır ki, 8 klubdan başqa heç birinin lisenziyası yoxdur. UEFA və FİFA-nın tələbinə görə, lisenziya almayan və maliyyə dəstəyi olmayan klubun nəinki Premyer Liqada, heç I Divizionda oynamağa ixtiyarı yoxdur. Bizim həmin komandaları yarışa buraxmağa ixtiyarımız yoxdur. "Rəvan" klubunu ötən il istisna hal kimi buraxdıq. "Rəvan"ın xalları silinir, bu dəqiqə tərsinə oynayırlar, mənfiyə gedirlər. Bu, gülüncdür. Ancaq öz yarışlarımızı bir də belə gülünc vəziyyətə salmayacağıq. Az komanda olsun, amma keyfiyyətli olsun.
- Heç bir klub lisenziya almasa, 8 klubla necə olacaq?
- 4 dövrəli çempionat olacaq. 10 klubla da 4 dövrə idi. Yeni mövsümdə çempionatın vaxtı qısalıb. IV İslam Həmrəyliyi Oyunları səbəbindən mayda çempionatı dayandırmalıyıq. 8 klubla da oynasaq, problem olmaz. Ancaq istəyirik ki, klublara vaxt verək, kömək edək. Onları normal şəkildə sənədləşdirək. AFFA olaraq, idman prinsiplərinin pozulmasını istəmirik. Qaydalara əsasən, 2 komanda gedir və aşağı liqadan eyni sayda komanda gəlir. Bu prinsipləri qorumaq istəyirik.
- İstisna hal olmayacaq?
- Lisenziyasız heç bir klub Premyer Liqada olmayacaq. UEFA və FİFA qarşısında bizi monitorinqə götürüblər. Azərbaycan futbolunun şəffaflığı monitorinqdədir. Biz bütün klubların işlərində şəffaflıq tələb edirik. Bu tələblərlə də davam edəcəyk. Monitorinqi istədiyi vaxt kəsib bizə böyük sanksiyalar tətbiq edə bilərlər. Vaxt vermişdilər, gərək o vaxta biz bütün sənədlərimizin şəffaflığını tam şəkildə göstərək.
- 8 komandanın olması Premyer Liqada rəqabətə təsir edəcək?
- Təbii ki, təsir edəcək.
- I Divizionda vəziyyət necə olacaq?
- Artıq I Divizionda peşəkarlıq olmalıdır. Onların hamısı ilə işlər aparılacaq ki, heç olmasa AFFA səviyyəsində sənədləşmə, lisenziya ala bilsinlər.
- "Xəzər Lənkəran"ın əsas komandası fəaliyyətini dayandırdır. "Bakı" isə I Diviziondadır və FİFA sanksiyalarına məruz qalıb. Hər iki klubun yaxşı infrastrukturu var. Təbii ot örtüyünü saxlamaq da böyük maliyyə tələb edir. AFFA olaraq bunun üçün hər hansı bir yardım ola bilər?
- Hər iki klubun FİFA qarşısında böyük maliyyə sanksiyaları var. Oynasalar da, mənfiyə işləyəcəklər. "Bakı"nın -15 xalı var. "Xəzər Lənkəran" da eyni qaydada. Bunlar böyük maliyyə yüküdür və ödəmək çətindir. Bu səbəbdən danışıqlar aparırıq ki, həmin infrastrukturları futbola cəlb edək. Həm "Xəzər Lənkəran", həm də "Bakı" klubunun rəhbərliyi ilə danışıqlar aparırıq. FİFA intizamlı qurumdur və inanmıram ki, qərarını dəyişsin.