1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Didye Deşam: "Rumınlar çoxlu səhv buraxdı"
Fransa yığmasının baş məşqçisi Didye Deşam AVRO-2016-nın açılış matçında Rumıniya üzərində qazandıqları 2:1 hesablı qələbəni şərh edib. Sportnet.az-ın məlumatına görə, təcrübəli mütəxəssis qələbə qazandıqları üçün şad olduğunu söyləyib.
O deyib ki, Rumıniyaya qarşı oynamağın çətinliyini əvvəldən də biliblər. Rəqibin çoxlu səhv buraxmasına rəğmən, yaxşı müdafiə olunduğunu vurğulayan Deşam sonda etdiyi əvəzləmələrə də diqqət çəkib: "Hesabı artırmaq üçün şanslarımız var idi. Lakin ikinci hissədə tez qol buraxdıq. Oyunçularıma qələbə üçün çıxış etdiklərimi izah etdim və hücumdakı oyunçuların sayını 4-ə çatdırdım. Açılış oyunu ətrafındakı ajiotajı nəzərə alaraq, matçın çətin keçdiyini deyə bilərəm".
Qeyd edək ki, Fransa yığması qələbə topunu 89-cu dəqiqədə vurub.