
"Oyunadək mənə hər şeyin necə baş verəcəyini desəydilər, inanmazdım". Sportnet.az-ın məlumatına görə, bunu AVRO-2016-da Rumıniya ilə açılış matçının ən yaxşı futbolçusu sayılan Fransa millisinin yarımmüdafiəçisi Dimitri Payet deyib.
29 yaşlı oyunçu bildirib ki, komandası ilk yarıda çoxlu səhv buraxıb. Üstəlik, rəqib yaxşı müdafiə edilib: "Elə bil kimsə ayağımızdan asılmışdı. Amma azarkeşlərin dəstəyilə vacib 3 xal qazandıq. İndi növbəti matça sakit hazırlaşmaq olar. 2-3 top fərqi ilə qalib gəlsəydik, öz gücümüz barədə yanlış təsəvvür yaranacaqdı. İndi isə əmin olduq ki, asan matç olmur".
Qeyd edək ki, Dimitri Payet 89-cu dəqiqədə vurduğu gözəl qol sayəsində Fransaya qələbə qazandırıb - 2:1.