
AVRO-2016-nın ilk turu çərçivəsində üz-üzə gələcək İngiltərə və Rusiya yığmalarının azarkeşləri arasında Fransanın Marsel şəhərində baş vermiş davanın görüntüləri yayılıb. Sportnet.az-ın Daily Mail"ə istinadən verdiyi məlumata görə, toqquşma ötən gün axşam saatlarında şəhər pablarından birində baş verib.
İnsidentdə 200 azarkeş, o cümlədən, fransalı fanatlar da iştirak edib. Polis gözyaşardıcı qazdan istifadə edib. İki ingilis azarkeş saxlanılıb.
Qeyd edək ki, "Velodrom" stadionundakı qarşılaşma bu gün Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.