1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Terim, Çörçill və Kamranın yuxusu
Türkiyə - Xorvatiya matçından öncə saytımızda bu oyuna aid şəkilllər paylaşıldı. Onların arasında Fatih Terimin də fotosu vardı. Amma adət etdiyimiz formada gözə dəymirdi. Həmişə özünə əmin görünən imperator bu dəfə həyəcanlı və narahat təsir bağışlayırdı. Yəqin, yuxu görübmüş...
Məşqçilər belə şeyləri hiss edirlər. Ötən illərdə Qusar "Şahdağ”ı I Divizionda adını xatırlamadığım bir komandanı qəbul edirdi. Elə alındı ki, hakim penalti təyin etdi, amma qol olmadı. O zaman "Şahdağ”ın baş məşqçisi işləyən Kamran Əlibabayev qarşılaşmadan sonra dedi: "Mən bu epizodu yuxuda görmüşdüm, özü də görmüşdüm ki, qol olmayacaq".
Bilmirəm belə şeylər nə qədər inandırıcıdır. Xorvatlar ən adi epizodlarda türklərin qapısına yol tapa bilmədilər. Amma ən çətin epizodda qol vurdular. Bu epizodda türklərdən hansısa futbolçunu qınamaqda çətinlik çəkirəm. Çünki qapı üzərinə havalandırılan topu müdafiəçilər uzaqlaşdırdı. Burda qapıya zərbə endirən Modriçin vəziyyəti də ideal görünmürdü. Top hərəkətdə idi və ona türk oyunçu mane olmağa çalışırdı. Lakin "Real Madrid"in futbolçusu zərbə endirə bildi.
Burada qapıçı Volkan Babacanı da günahlandırmaq olmur. Çünki qapıçının qarşısında yerə dəyən topu qaytarmaq çətindir. Yerə dəyəndən sonra topun hansı hündürlüyə qalxacağını da müəyyənləşdirə bilmirsən. Belədə qapıçının təxmini hesablayaraq əlini həmin istiqamətdə uzatmaqdan başqa çarəsi qalmır. Top isə bu zaman ələ dəyə də, əlin üstündən də, altından da keçə bilər.
Qol epizodunda öncə müdafiəçilər cərimə meydançasından topu uzaqlaşdıranda türk şəhçi "aman, çocuklar” deyərək narahatlığını ifadə etdi. Mənə təəccüblü gəldi ki, bundan da çətin epizodlar olub, niyə bu şərhçi indi narahat olur? Və bir neçə saniyə sonra gördüm ki, narahatlıq əbəs deyilmiş...
Otuz ildən çoxdur futbola baxıram. Həmişə hesab etmişəm ki, bu oyunda mənim bilmədiyim bir şey qalmayıb. Təkcə mən yox yəqin ki, çoxları belə düşünür. Böyük Britaniyanın baş naziri Uiston Çörçill deyib: "Hamı elə bilir ki. futbolu ondan yaxşı bilən yoxdu". Amma göründüyü kimi heç də belə deyilmiş. Futbol təkcə maraqlı oyun deyil, həm də sirrli, sehirli bir dünyadır. Və məhz bu oyunu milyonların sevməsinin səbəbi sirli, sehrli olmasındadır.
Vüqar MƏMMƏDOV