1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
“Vaqif Cavadov sözündən çıxmaz”
"Transfer çalışmaları üzərində işləyirik. Bir neçə futbolçu ilə danışıqlar gedir. Ancaq keçidləri həll olunmadığından, ad açıqlaya bilmərəm”. Bu fikirləri Sportnet.az-a açıqlamasında "Sumqayıt” klubunun baş meneceri Ceyhun Sultanov deyib.
Mövsümlərarası fasilədə hələ ki yalnız "Qarabağ"dan təcrübəli qapıçı Fərhad Vəliyevi heyətinə qatan sumqayıtlılar gənc futbolçuları Tərlan Əhmədli ilə Amil Yunanovla müqavilələrini artırıb. Eyni zamanda Budaq Nəsirov "Kəpəz"dən icarədən qayıdıb.
Sultanovdan müqaviləsi bitən təcrübəli futbolçuların gələcək taleyi barədə danışıb: "Rasim Ramaldanovla Murad Ağayevin anlaşmaları bitib. Onlar hələ ki komandada yoxdur və heç biri ilə ilkin danışığımız olmayıb. Başqa futbolçuları da yoxlayacağıq. Hər şey ola bilər. Hələ vaxtımız var. Vaqif Cavadovla isə ilkin söhbətimiz olub. Deyərdim ki, onunla razılaşacağıq. Hər halda, Vaqif sözündən çıxmaz”.
Baş menecer heyətdəki boşluqların olduğunu və onları doldurmağa çalışacaqlarını bildirib: "Vəziyyət belə qalmayacaq. Danışıqlar gedir. 10 günə hər şey bilinəcək. Yeni futbolçular arasında legioner olacağını deyə bilmərəm. Hələ ki əcnəbi futbolçu ilə danışıq aparmırıq. Diqqətimizi yerli transferlərə yönətlmişik”.
Xatırladaq ki, Cavadov qış fasiləsində "Qəbələ”dən "Sumqayıt”a keçib və ötən mövsüm məhz bu komandanın heyətində qol vura bilib.