1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AVRO-2016: 3 oyunun hakim təyinatları
Futbol üzrə Avropa çempionatının ikinci turunun daha 3 oyunu üçün hakim təyinatları açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, iyunun 16-da B qrupunda keçiriləcək İngiltərə - Uels matçı almaniyalı referi Feliks Brıxa həvalə olunub.
Ona həmyerliləri Mark Borş və Ştefan Lupp yan xətt hakimləri, Bastian Dankert və Marko Frits əlavə köməkçi-hakimlər, Matey Yuq dördüncü hakim, Robert Vukan ehtiyat hakim qismində yardımçı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.
C qrupundakı Ukrayna - Şimali İrlandiya maçtında isə ədaləti çexiyalı Pavel Kralovets qoruyacaq. Yan xətt hakimləri slovakiyalı Roman Slışko və çexiyalı Tomaş Mokruş, əlavə köməkçi-hakimlər çexiyalı Petr Ardelyanu və Mixal Patak, dördüncü hakim çexiyalı Tasos Sidiropulos, ehtiyat hakim isə yunanıstanlı Damianos Eftimiadisdir. Görüşün start fiti saat 20:00-da çalınacaq.
Bu qrupun Almaniya - Polşa oyunu isə Hollandiyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Byörn Kuypers, yan xətt hakimləri Sander van Rökel və Ervin Zeynstra, əlavə köməkçi-hakimlər Pol van Bökel və Rixard Lisveld olacaq. Dördüncü hakimi italiyalı Daniele Orsato, əlavə hakim onun həmyerlisi Elenito Di Liberatore olacaq. Qarşılaşmaya saat 23:00-da start veriləcək.