Seyidova oyunun 90+4-cü dəqiqəsində aqressiv oyunu səbəbindən birbaşa qırmızı vərəqə göstərilib. Lakin matçın videoyazısını izlədikdə futbolçunun həmin epizodda rəqibə qarşı kobud oynamadığı və referi Fariz Yusifovun epizodu düzgün qiymətləndirmədiyi aşkarlanıb. Bu səbəbdən, Seyidovun cəzası ləğv edilib, AFFA Hakimlər Komitəsinə isə matçın hakimləri haqqında lazımi ölçü götürüb İntizam Komitəsinə məlumat vermələri tapşırılıb.
Amma Elvin Yunuszadəyə aqressiv hərəkəti səbəbindən göstərilmiş qırmızı vərəqə qüvvədə qalıb. Müdafiəçi 4 oyunluq cəzalanıb, klub 4000 manat cərimələnib.