1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ"ın futbolçusu karyerasını bitirdi
"Qarabağ” daha bir futbolçu ilə yollarını ayırıb. Sportnet.az-ın məlumatına görə, Tərlan Quliyev, Fərhad Vəliyev və Samuel Armenterosla yanaşı, bundan sonra Namiq Yusifov da Ağdam klubunun formasını geyinməyəcək.
Digərlərindən fərqli, Yusifov başqa komandada çıxış etməyəcək. Çünki yarımmüdafiəçi karyerasını bitirmək qərarına gəlib. Ötən mövsüm Premyer Liqada cəmi 3 matçda meydana çıxan Namiq 30 yaşında butslarını mıxdan asıb. Məlumatı əməkdaşımızla söhbətində gənclər millimizin sabiq üzvü özü də təsdiqləyib.
Karyerasını bitirməsinə baxmayaraq, Yusifov "Qarabağ”dan ayrılmayacaq. O, ölkə çempionunun Avstriyadakı təlim-məşq toplanışına qatılacaq. Amma futbolçu kimi yox. Namiq, çox güman ki, bundan sonra Ağdam təmsilçisində məşqçi kimi fəaliyyət göstərəcək. Ancaq onun əsas komandada köməkçi-məşqçi, yoxsa aşağı yaş qruplarında məşqçi kimi çalışacağı hələ məlum deyil.
Qeyd edək ki, 2008-ci ildən bəri "Qarabağ”ın formasını geyinən Namiq Yusifov karyerası ərzində "Şəfa”, "MKT-Araz” və "Neftçi”də də çıxış edib (Apasport.az)