1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Leonid Slutski: "Qrupumuzda qarışıq vəziyyət yaranıb"
"Birmənalı şəkildə demək olmaz ki, Slovakiya ilə matçda başqa start heyəti seçərdim. Biz uduzduğumuzdan meydanın mərkəzində dəyişklik etməli olduq". Sportnet.az-ın məlumatına görə, bu fikirləri Rusiya milli komandasının baş məşqçisi Leonid Slutski deyib. Rusiyalı mütəxəssis AVRO-2016-da ilk məğlubiyyətlərini aldıqları Slovakiya ilə oyunda (1:2) buraxdıqları qollarda konsentrasiyanı itirdiklərini bildirib: "Kobud səhvlərə yol verdik. Ayrı-ayrı futbolçuların qiymətini müzakirəyə çıxarmağı düzgün saymıram. Biz komanda daxilində hər şeyi ayırd edəcəyik. Növbəti matçda heyətdə dəyişiklər mümkündür. Əlbəttə, hücumçularımız Smolov, Kokorun, Dzyubanın yetərincə qol imkanları vardı. Bundan daha yaxşı istifadə etsəydik, indi başqa cür danışardıq".
Slutski hazırda qruplarında qarışıq vəziyyət olduğunu söyləyib: "Hamı qrupdan çıxmaq şansını saxlayır. Özü də istənilən yerdən. Mübarizə sonadək gedəcək. Azarkeşlərlə bağlı vəziyyət yığmaya heç bir təsir göstərməyib. Uels yığmasının 2 ulduz futbolçusu var. Bu, Qaret Beyllə Aron Remsidir. Ancaq belə vacib matçda ayrı-ayrı futbolçuların yox, komandanın necə oynaması önəmlidir".
Xatırladaq ki, B qrupunda yer alan, 2 oyundan sonra 1 xalı olan Rusiyanın final mərhələsində taleyinə son turda Uelslə matçda aydınlıq gələcək.