Avstriya yığmasının futbolçusu Zlatko Yunuzoviç Fransada keçirilən Avropa çempionatında komandasının növbəti oyununu buraxacaq. Sportnet.az-ın Avstriya Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, 28 yaşlı yarımmüdafiəçidə sağ ayağının bud nahiyəsindəki bağlarında qırılma aşkarlanıb.
O, zədəni Macarıstana 0:2 hesabı ilə uduzduqları ilk tur qarşılaşmasında alıb. Avstriya növbəti turda Portuqaliya ilə üz-üzə gələcək. Oyun iyunun 18-də keçiriləcək. Komandası qrupdan çıxsa, Yunuzoviç "pley-off" matçlarında oynaya biləcək.















































































