1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ"nin legioneri: "Pul məsələsi ikinci plandadır"
"Qəbələ"nin ukraynalı futbolçusu Vitali Vernidub öz ölkəsinin mətbuatına açıqlama verib. Sportnet.az-ın məlumatına görə, təcrübəli müdafiəçi Roman Qriqorçulkun komandasından getməsinin mümkünlü ilə bağlı gəzən söz-söhbətləri şərh edib.
Vernidubun fikrincə, belə söhbətlər həmişə olub: "Ancaq inanın ki, indi bütün fikrim "Qəbələ"yə kömək etmək istəyimlə bağlıdır. Mən uğur qazanmaq və komandanın əsas heyət oyunçusu olmaq istəyirəm. Buna görə də növbəti mövsümün startını səbirsizliklə gözləyirəm. İşləyib özünü sübut emək lazımdır. Qalan şeylər, o cümlədən pul məsələsi ikinci plandadır. Buna görə bizi indi Avropa Liqasında qarşıdakı start daha çox maraqlandırırır. Bütün diqqətimiz buna yönəlib".
Qeyd edək ki, "Qəbələ"nin müqaviləsini uzatdığı Vernidub ötən mövsüm daha çox ehtiyatda qalırdı və onun mümkün gedişi ilə bağlı Ukrayna mətbuatında atası, "Zarya"nın baş məşqçisi Yuri Vernidubun açıqlaması olmuşdu.