
"Qəbələ” klubu növbəti çempionatın ilk turuna baş məşqçisiz çıxa bilər. Sportnet.az xəbər verir ki, buna hazırkı baş məşqçi Yuri Syominin 1 oyunluq cəzalandırılması səbəb olub.
Rusiyalı mütəxəssis Topaz Premyer Liqasıənın XXXVI turunda "Sumqayıt”la görüşün 88-ci dəqiqəsində texniki zona qaydalarını pozduğu üçün meydandan kənarlaşdırılıb. AFFA İntizam Komitəsi onu 1 oyunluq cəzaya, klubunu isə 1000 manat cəriməyə məruz qoyub. Qaydalara əsasən, Syominin cəzası Premyer Liqa matçına şamil olunacaq. Başqa sözlə, təcrübəli mütəxəssis mayın 22-də "Neftçi" ilə Azərbaycan Kubokunun final matçında iş başında olacaq.
Qeyd edək ki, İntizam Komitəsi "Sumqayıt"la görüşdə 5 futbolçusunun sarı vərəqə alması səbəbindən "Qəbələ”ni daha 1000 manat cərimələyib.