Futbol üzrə Braziliya milli komandasında baş məşqçi postuna Titenin təyinatı rəsmiləşib. Sportnet.az-ın məlumata görə, 55 yaşlı mütəxəssis yeni vəzifədə Dunqanı əvəzləyib.
Dunqa Amerika Kubokunda "pentakampeonlar"ı 1/4 finala çıxara bilmədikdən sonra istefaya göndərilib. Tite isə "Korintians"la 6 dəfə çempionluq sevinci yaşayıb. O, yığmada əsas məqsədlərinin 2018-ci il dünya çempionatına vəsiqə qazanmaqdan ibarət olduğunu bildirib.
Qeyd edək ki, hazırda Braziliya millisi Cənubi Amerika zonasında keçirilən seçmə mərhələdə 9 oyundan 9 xalla 10 komanda arasında 6-cı pillədə qərarlaşıb. Amma qarşıda hələ 9 tur var.













































































