1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ronaldudan 2 yeni rekord
Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu Avropa çempionatlarının rekordçusuna çevrilib. Sportnet.az-ın məlumatına görə, Ronaldu ardıcıl 4 qitə çempionatında fərqlənməyi bacaran ilk futbolçu olub.
O, gümüş medal qazandıqları AVRO-2004-də 2, bürünc medalçı olduqları AVRO-2008-də 1, 1/4 finalda dayandıqları AVRO-2012-də 3 qol vurub. Hazırda davam edən AVRO-2016-da isə portuqaliyalı hücumçu Macarıstanla qarşılaşmada 2 dəfə fərqlənərək, komandasının 1/8 finala yüksəlməsində böyük pay sahibi olub.
Bununla yanaşı, 31 yaşlı hücumçu yığma komandaların heyətində Avropa çempionatında ən çox oyuna çıxan futbolçu kimi də tarixə düşüb. 2004-cü ildən Portuqaliyanın heyətində qitə turnirinə qatılan Ronaldu Macarıstanla oyunda 17-ci matçını keçirib. Buna qədər ən yüksək göstərici 16 oyunla Fransa millisinin sabiq müdafiəçisi Lilian Türama və Hollandiya yığmasının sabiq qapıçısı Edvin van der Sara məxsus olub.
Qeyd edək ki, AVRO-2016-nın F qrupunda çıxış edən Portuqaliya qrup üçüncüsü kimi növbəti mərhələyə yüksəlib. Ronaldunun komandası 1/8 finalda Xorvatiya yığması ilə üz-üzə gələcək. Qarşılaşma iyunun 25-də keçiriləcək.