
Xorvatiya milli komandasının futbolçusu İvan Perişiç AVRO-2016-da Portuqaliya yığması ilə oyuna orijinal şəkildə hazırlaşır. Sportnet.az-ın məlumatına görə, İtaliyanın "İnter" klubunun hücumçusu başını milli bayraqlarının rəngləyib. Bununla da Perişiç təkcə öz inamlı oyunu ilə yox, sac düzümü ilə də diqqəti çəkəcək. O, final mərhələsində vurduğu 2 qolla millisinin bombardiridir.
Xatırladaq ki, Xorvatiya - Portuqaliya oyunu Bakı vaxtilə saat 23:00-da başlayacaq.