İngiltərənin "Lester" klubunun futbolçusu Kristian Fuks kapitanı olduğu Avstriya milli komandasındakı karyerasını başa vurub. Sportnet.az xəbər verir ki, 30 yaşlı müdafiəçi yığmada keçirdiyi illərə görə fəxr etdiyini bildirib.
O, komandasının Avropa çempionatının final mərhələsində o qədər də uğurla çıxış etmədiyini, amma daim yaddaşlarda qalacağını vurğulayıb.
Qeyd edək ki, Kristian Fuks yığmada 78 oyuna 1 qol vurub. Avstriya millisi AVRO-2016-da 3 oyundan 1 xal toplayaraq, F qrupunda sonuncu yeri tutub. "Lester" isə gözlənilmədən İngiltərə çempionu olub.