Azərbaycan klubları iyunun 30-da indiyədək 3 oyun keçiriblər. Sportnet.az-ın məlumatına görə, bunların 2-də postsovet məkanı təmsilçiləri ilə matçlar olub və 1:1 hesablı bərabərliklər qeydə alınıb.
Söhbət 2007-ci ildə "Bakı"nın İntertoto Kubokunda "Daçiya" (Moldova) ilə Kişinyovdakı cavab oyunu və 2011-ci ildə AZAL-ın Avropa Liqasında "Minsk"lə Şüvəlandakı ilk matçıdır.
Moldova paytaxtındakı matçda "Bakı"dan gürcü yarımmüdafiəçisi Amiran Muciri 65-ci fərqlənib. Ancaq oyunsonrası penlatilər 2:4 hesablı məğlub olaraq mübarizəni dayandırmağımızla nəticələnib. AZAL belaruslularla görüşdə 14-cü dəqiqədə Viktor İqbekoyinin qoluna sevinib.
Tarixdə bu gün keçiriən daha bir matçda isə Azərbaycan klubunun qələbəsi qeydə alınıb. Özü də səfərdə böyük hesabla. Bu, 5 il öncə AZAL-la eyni vaxtda Avropa Liqasında mübarizə aparan "Qarabağ"ın Litvada "Banqa"nı 4:0 hesabı ilə məğlub etdiyi matçdır. Həmin oyunda qolların müəllifləri Rəşad Sadiqov (16-cı dəqiqə), Vüqar Nadirov (33 və 70-ci dəqiqələr) və Bəxtiyar Soltanov (88-ci dəqiqə) olub.
Sadiqov digər 2 futbolçudan fərqli hazırda da Avropa Liqasının iştirakçısıdır. Özü də "Qəbələ"də Dodonun gedişindən sonra kapitan məhz Rəşad olub. Həmin vaxt "Qarabağ"da da kapitanlıq sarğısı Sadiqovda idi.
Xatırladaq ki, "Qəbələ" bu gün Gürcüstan "Samtredia"sını qəbul edəcək, "Neftçi" isə Maltada "Baltsan"lın qonağı olacaq.