1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Roman Qriqorçuk: "Bu, təkcə Uiksin yox, bütün komandanın əməyidir"
"İlk növbədə, bütün komandanı qeyd edərdim. Bütün yeni futbolçular bütün tələblərimizi, istəklərimizi yerinə yetirdilər. Onların hamısına yağlı bir "plyus" işarəsi verərdim". Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Gürcüstan "Samtredia"sını 5:1 hesabı ilə yendikləri Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunundan sonra deyib.
R.Qriqorçuk bildirib ki, komandası qısa müddətdə böyük iş görüb. Teo Uiksə gəldikdə, Qriqorçukun fikrincə, azarkeşlər üçün 3 qol vurmaq çox gözəldir. Amma bir oyunçunu fərqləndirmək olmaz: "Bu, bütün komandanın əməyidir. "Qəbələ"nin hələ növbəti mərhələdə olduğunu demək olmaz. Çünki hər bir oyun bir hadisədir. Futbolda inanılmaz nəticələr olur. Əlbəttə, 5 qol böyük üstünlükdür. Amma cavab görüşü var. Yenə də qalib gəlməyə çalışacağıq".
Ukraynalı mütəxəssis 5:1 hesablı qələbəni belə şərh edib: "Favoritin kim olması ilə maraqlanmıram. Oyundan öncə də bunu demişdim. İlk olaraq rəqibi görəndə güclü komanda olduğunu düşündük. Ancaq oyun belə olundu. İşimiz bunu düşünmək yox, qarşıdakı oyuna hazırlaşmaqdır. Sergey Zenyov bu gün yaxşı çıxış etdi. Ayrılıqda kimisə qeyd etmək istəmirəm. Komanda olaraq yaxşı çıxış etdik və bu səbəbdən onlara təşəkkür edirik. Rəqibə hörmətlə yanaşmalıyıq. Onlar çempionatlarında gümüş medal qazanıblar və ciddi yanaşmaq lazımdır. Bizi transferlərə görə tənqid edirlər və həmin adamlara ancaq uzun ömür, can sağlığı arzu edirəm. Onları peşəkar olmağa çağırıram. Hərdən olmayan məlumatlar yayılırdı. Ən çox Aleksey Antonov tənqid edilirdi. Ancaq o yaxşı oyunçudur. Digər legionerlər də yaxşıdır. Deyə bilmərəm ki, komandaya dəvət etdiyim futbolçunun səviyyəsi aşağı olub. Ötən il Avropa Liqasının qrup mərhələsinə qədər çıxdıq. İndi isə yalnız bir oyun keçirdik. Komandada rahatçılığın yaranmasına imkan vermərəm və belə bir şey ola bilməz. Bu gün oyunun ikinci hissəsində isə geri oturmalı olduq. Rəqib də cərimə zərbəsindən gözəl qol vurdu. Asan rəqibə qarşı oynadığımızı deməzdim. Sadəcə öz stilimizdə oynadıq".
Baş məşqçi səfər oyununda gənc oyunçulara şans verib-verməyəcəyindən danışıb: "Müxtəlif fərziyələr irəli sürə bilərik. Həmin oyuna qədər hər şey ola bilər. İstəyimiz isə gənc futbolçuların yetişməsidir. Bu onlar üçün böyük təcrübədir. Azarkeşlərə gəldikdə isə aramızda heç vaxt problem olmayıb. Sadəcə mən hisslərdən danışırdım və bu başqa cür ayrılıb. Sadəcə işə peşəkar yanaşmaq lazımdır. İnsan var ki, məni televiziyaya dəvət edir, amma mənim haqda məndən daha çox bilir. Bir daha deyirəm ki, azarkeşlərlə heç bir problemim yoxdur. Növbəti mərhələdə rəqibimizin kim olacağını düşünmürük. Yolumuza davam edirik".