1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AVRO-2016: Qol buraxan son yığma və 438 dəqiqəlik rekord
AVRO-2016-da qol buraxmayan yığma qalmayıb. Sportnet.az-ın məlumatına görə, qapısında top görən sonuncu iştirakçı Almaniya millisi olub.
Yoahim Lövun baş məşqçi olduğu komanda İtaliya yığması ilə hazırda davam edən 1/4 final matçında rəqib müdafiəçi Leonardo Bonuççinin 78-ci dəqiqədə vurduğu qola üzülüb. Ancaq bunun penaltidən olduğunu nəzərə alsaq, almanlara hələ ki oyundan qol vuran yoxdur.
Xatırladaq ki, qrup mərhələsindən sonra qol buraxmayan iki yığma Almaniya ilə onun qrupunda 2-ci yer sahibi kimi 1/4 finala çıxan Polşa olub. Bundestimin "quru seriya"sı turnir üçün rekord kimi tarixə düşüb və 438-ci dəqiqədə qırlıb.