1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Almaniya millisi nəhayət ki bunu bacardı
Almaniya yığması böyük turnirlərdə ilk dəfə İtaliya millisinə qalib gəlib. Sportnet.az-ın məlumatına görə, Bundestim dünya və Avropa çempionatının final mərhələlərində "Skuadra Adzurra" üzərində qələbəsizlik sindromunu nəhayət ki qıra bilib. Bu, AVRO-2016-da 1/4 finalda əsas vaxtı 1:1 hesabı ilə bitən duelin oyunsonrası penaltilər seriyasında olub - 6:5.
Almanlar bunadək itaylanlara 3 böyük turnirin o cümlədən AVRO-2012-nin yarımfinalında məğlub olmuşdu. Ümumiyyətllə isə bu 2 yığma arasında keçirilən 8 oyundan yarısında İtaliya qələbəni bayram etmiş, yarısında isə heç-heçə olmuşdu. Bundestim "Skuadra Adzurra"ya yalnız 9-cu görüşdə qalib gələ bilib.
Onu da bildirək ki, Almaniya ardıcıl 6-cı dəfə böyük turnirlərdə yarımfinala çıxır. Bu ənənə 2006-cı ildəki dünya çempionatından başlayıb. Bundestum sonuncu dəfə yarımfinaldan Yunanıstanda keçirilən AVRO-2004-də kənarda qalıb. Onda komanda heç qrupdan çıxa bilməyib.