
Azərbaycan klubları avrokuboklarda iyulun 7-də indiyədək 2 oyun keçiriblər. Sportnet.az-ın məlumatına görə, bunlar 2011/12 mövsümündə, özü də indiki kimi Avropa Liqaslnın I təsnifat mərhələsinin cavab matçlarında olub.
"Qarabağ" Litvanın "Banqa" klubunu Tofiq Bəhramov adına Respublika stadionunda da böyükesabla məğlub edərək (3:0) mərhələ keçirib. Qolların müəllifləri haızrda "Qəbələ"nin kapitanı olan Rəşad Sadiqovla albaniyalı müdafiəçilər Ansi Aqolli ilə Admir Teli olub.
AZAL isə düz 5 il öncə Minksdə eyniadlı komandanın qonağı olub. Çüvəlanda "Minsk"lə 1:1 hesablı bərabərliyə qalan "təyyarəçilər" səfərdə 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. Komandamızın yeganə qolu avtoqolla olub.
Xatırladaq ki, bu gün "Kəpəz" "Daçiya"nın qonağı olacaq, "Qəbələ" ilə "Neftçi" isə mübafiq olaraq "Samtedia" ilə "Baltsan"ı qəbul edəcək.