Hollandiya toplanışı çərçivəsində keçirilən "Qəbələ"- "Konyaspor" oyununda meydana sonradan daxil olan futbolçu komandasının ikinci qoluna imza atıb. Özünə çox güvəndiyini bildirən portuqaliyalı hücumçu sözlərinə belə davam edib: "Komandam ilə ilk oyuna çıxmağıma baxmayaraq, futbolçu yoldaşlarımla yaxşı anlaşdıq. Bir neçə qol epizodu yarada bildik. Bizi qarşıda uzun və ciddi marafon gözləyir. Hücumçu kimi üzərimə düşən məsuliyyəti yaxşı anlayıram. Komandanın irəli getməsi üçün qol vurmalıyam. Özümə, bacarığıma güvənirəm. İnanıram ki, məndən gözlənilənləri ortaya qoya biləcəyəm".
Qeyd edək ki, "Qəbələ" "Konyaspor"la oyunda 2:0 hesablı qələbə qazanıb.