1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ"la tarixi nəticəni gerçəkləşdirmək üçün
Sabah "Qarabağ" Çempionlar Liqasında (ÇL) II təsnifat mərhələsinin cavab oyununu keçirəcək. Sportnet.az-ın məlumatına görə, Qurban Qurbanovun komandası Lüksemburqda "Düdelanj" klubunun qonağı olacaq. Matç Bakı vaxtilə saat 20:00-da start götürəcək.
İlk oyunda evdə rəqibini 2:0 hesabı ilə məğlub edən çempionumuzun III təsnifat mərhələsinə çıxmaq şansı çoxdur. Hər halda, həm hesab, ən əsası, öz meydanında qol buraxmamağımız, həm də rəqiblər arasında səviyyə fərqinin xeyrimizə olması belə deməyə əsas verir. Üstəlik, "Qarabağ" ardıcıl 3-cü mövsümdür çıxış etdiyi ÇL-də II təsnifat mərhələsində nəinki uduzmayıb, heç də qol buraxmayıb.
"Qarabağ" mərhələ adlayarsa, futbolumuz üçün tarixi nəticə gerçəkləşəcək. Belə ki, Azərbaycanın 1994-cü ildən təmsil olunduğu avrokuboklarda heç vaxt bütün təmsilçiləri ilk mərhələni adlamayıb. Bu, 2013-cü ildə reallaşmağa çox yaxın olub. Onda Avropa Liqasında təmsilçilərimiz "Qarabağ", "Xəzər Lənkəran" və "İnter" ilk mərhələni keçmişdilər. ÇL-də ölkəmizi təmsil edən "Neftçi"nin Albaniyanın "Skenderbeu" klubunu keçəcəyini də gözləsək də, bu, baş vermədi. Bununla da hər 4 klubumuzun mərhələ adlaması gerçəkləşmədi.
İndisə Avropa Liqasında "Neftçi", "Qəbələ" və "Kəpəz" Avropa Liqasının II təsnifat mərhələsindədir. "Qarabağ" isə ÇL-də mübarizəyə qələbə ilə başlayıb və cütün qalibi olmasını rəsmiləşdirməsinin intizarındayıq.
Xatırladaq ki, Ağdam təmsilçisinin III təsnifat mərhələsində rəqibi artıq məlumdur. Bu, Çexiya çempionu "Viktoriya"dır.