1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
İqor Mitreski: "Neftçi"nin futbolçuları dərk etməlidir ki..." - MÜSAHİBƏ
"Neftçi" sabah Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Makedoniyanın "Şkendiya" klubunun qonağı olacaq. Sportnet.az saytının Skopyeyə ezam olunmuş əməkdaşı oyun öncəsi Makedoniya millisinin və "Neftçi"nin sabiq futbolçusu İqor Mitreski ilə söhbətləşib.
- Sabah çətin oyun olacaq. "Neftçi" və onun rəqibi barəsində nə deyə bilərsiniz?
- Şansları bərabər qiymətləndirirəm. Bakıdakı ilk oyun qolsuz heç heçə bitib. Kim daha çox qaçsa, çalışsa, məsuliyyətli olsa, həmin komanda qalib gələcək. Bu gün "Şkendiya"nın mətbuat konfransını izlədim, onlar da rəqibdən çəkinir. Yaxşı oyun və yaxşı nəticə gözləyirik.
- "Neftçi"nin heyətində "Şkendiya"ya qarşı oynamaq istərdin?
- Bəli, istərdim.
- İlk oyuna baxdız?
- İnternet vasitəsilə baxdım. "Şkendiya"nın bir qədər üstünlüyü hiss olunurdu. Ancaq futbolda hər şey ola bilər, ilk matç qolsuz bitib hər iki komandanın mərhələ keçmək şansı var.
- Demək istəyirsiniz ki, "Neftçi" müdafiədən oynayıb, daha çox qol buraxmamaq barədə düşünürdü?
- "Şkendiya"nın çox yaxşı hücumçuları var. Oyunçu seçimləri genişdir, milli komandalarda çıxış edən usta futbolçuları var.
- Necə düşünürsən, "Şkendiya"nı nəyin hesabına məğlub etmək olar? Rəqibin hansı zəif cəhətləri var?
- Düşünürəm ki, ilk dəqiqələrdə hücuma atılmaq lazım deyil. Meydanda yüz faiz yox, daha çox güc qoymaq lazımdır. Bu gün məşq zamanı gördüm ki, "Neftçi"də yaxşi gənc oyunçular var. Fikrimcə, həmin uşaqlar sabah böyük istəklə oynayacaqlar. Cəsur və məsuliyyətli oynasan, qalib gələrsən. Bir top hər şeyi həll edə bilər.
- Oyuna proqnozun nədir?
- Nəticəni öncədən təxmin etməyi xoşlamıram. "Neftçi"nin futbolçuları dərk etməlidilər ki, onlar flaqmanı, Azərbaycanın böyük klubunu təmsil edirlər. Allah məsuliyyətli və istəkli oynayanı mükafatlandırır.