"Qarabağ"ın braizliyalı hücumçusu Reynaldo Silva avrokuboklarda bombardirlər yarışında liderliyini möhkəmlədib. Sportnet.az-ın məlumatına görə, Azərbaycan klubunun avrokuboklarda ən sərrsat oyunçusu olan 27 yaşlı legioner 2013-cü ilin fevralından çıxış etdiyi Ağdam təmsilçisində avrokuboklarda yubiley - 10-cu qolunu vurub.
Bu, Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsində Lüksemburqun "Düdelajk" klubu ilə cavab matçında olub. Reynalo səfər oyununun 90+4-cü dəqiqəsində hesabı bərabərləşdirib - 1:1.
Bununla da cari mövsümdə ilk dəfə fərqlənən Silva avrokuboklarda 11 aydan sonra qol vurub. O, sonuncu dəfə ötən mövsüm Avropa Liqasının pley-off mərhələsində İsveçrənin "Yanq Boyz" klubuna 3:0 hesabı ilə qalib gəldikləri ev oyununda rəqib qapısına yol tapmışdı. Reynaldo ÇL-də isə son dəfə düz 1 il öncə, elə II təsnifat mərhələsinin səfərdəki cavab oyununda qol vurmuşdu.
Reynaldo qitəmiqyaslı turnirlərdə ümumilikdə 10 dəfə fərqlənib. Onun ilk qolu Belçikada legioner həyatı yaşaıdğı "Serkl Brügge"nin heyətində olub.
Mehman Süleymanov
AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilib