1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ"nin sabiq məşqçisi "Şaxtyor"u aşkar favorit sayır
"Qəbələ"nin sabiq məşqçisi Stepan Matveyev gələn həftə start götürəcək Çempionlar Liqasının III təsnifat mərhələsini haqda fikirlərini açıqlayıb. Sportnet.az-ın məlumatına görə, ukraynalı mütəxəssis vitse-çempionları "Şaxtyor"un III təsnifat mərhələsində İsveçrənin "Yanq Boyz" klubu ilə qarşıdakı sınaqda şanslarını dəyərləndirib.
Matveyev Donetsk təmsilçisini bu cütdə aşkar favorit saydığını bildirib. O, bunun donetsklilərin ustalıq səviyyəsinə görə rəqibdən güclü olmaları ilə əsaslandırıb: "Ancaq mən "Şaxtyor"dan danışanda, Mirça Luçeskunun komandasını başa düşürəm. Ancaq unutmayın ki, hazırda kollektivi portuqaliyalı Paulu Fonseka çalışdırır. İndi onun işinə yalnız Kiyev "Dinamo"su ilə Ukrayna Super Kubokuna matşına əsasən qiymət vermək düzgün deyil. "Şaxtyor"un futbolçuları isə isveçrəli rəqiblərindən güclüdürlər".
Xatırladaq ki, Matveyev əvvəlcə Odessa "Çernomorets"ində, sonra "Qəbələ"də baş məşqçi Roman Qriqorçukun köməkçisi olub. O, ötən mövsüm bitəndən sonra ailə vəziyyəti ilə əlaqədar ölkəmizdən ilyarımlıq fəaliyyətini bitirərək Ukraynaya qayıdıb. Matveyev "Qəbələ" ilə ardıcıl 2 mövsüm Prenyer Liqamızın bürünc medalçısı olub.