"Barselona" Türkiyə milli komandasının kapitanı Arda Turanı transferə çıxarıb. Sportnet.az-ın məlumatına görə, İspaniyanın məşhur "Marka" qəzeti bununla bağlı məlumat yayıb.
Bildirilir ki, Turan karyerasını İtaliyada, son illərin çempionu "Yuventus"da davam etdirə bilər. "Qoca Sinyori" fransalı yarımmüdafiəçisi Pol Poqbanın gedişi təqdirində onu Ardayla əvəzləyəcək.
Turan ötən mövsüm İspaniya Primerosunda 18 oyun keçirib və bunun yarısında start heyətində meydana çıxıb. O, 2 qol vurub, 3 məhsuldar ötrümə edib, 5 sarı vərəqə alıb. 29 yaşlı yarımmüdafiəçi ilk dövrədə "Barselona"ya qoyulan transfer qadağası üzündən meydana çıxa bilməyib.