"Düzü, ilk turda hansı komanda ilə qarşılaşacağımızın böyük fərqi yox idi. Premyer Liqadakı komandaların hər biri ilə qarşılaşmaq çətindir". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Zirə"nin baş məşqçisi Adil Şükürov klubunun rəsmi saytına açıqlamasında bildiirb. Azərbaycan Premyer Liqasında 2016/2017-ci illər mövsümünün püşkünün nəticəsinə əsasən "Zirə” ilk turda "Sumqayıt”ı qəbul edəcək. 
Şükürovun püşkün nəticəsini belə dəyərləndirib: "Düşünürəm ki, bu mövsüm əvvəlkilərdən daha gərgin olacaq. Komandaların sayı azalsa da, son mövsümü ilk "8-lik”də bitirənlərdir. Biz bu komandaların bir-birinə qarşı necə oynadığını gördük. "Sumqayıt”ın "Qarabağ”ı məğlub etməsi, "İnter”dən səfərdə xal almasını, bizim "Qəbələ” və "İnter” kimi rəqiblərlə oyunlarımızı nümunə kimi göstərə bilərik. Belə qarşılaşmalar çox oldu ötən mövsüm və qarşıdakı çempionatda daha çox olacağı şübhəsizdir. Bizi çox çətin bir mübarizə gözləyir”. 
Xatırladaq ki, "Zirə" ötən mövsüm "Sumqayıt”a qarşı keçirdiyi 4 oyundan 3-də qələbə qazanıb, 1-də heç-heçə edib.









                 





    
    
    
    
    
    
    
    
    






















































