"Sumqayıt” Türkiyənin Bolu bölgəsindəki hazırlıq prosesini başa vuraraq vətənə qayıdıb. Sportnet.az-ın məlumatına görə, baş məşqçi Samir Abasov komandaya 2 günlük istirahət verib.
Sumqayıtlılar iyulun 29-da etibarən "Kapital Bank Arena"da "Zirə" ilə oyunun hazırlığına başlayacaq. "Sumqayıt" ilk turda səfərdə çıxış edəcək.