1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Zirə" "Göztəpə" ilə oynayacaq
"Zirə” hazırlığını Türkiyədə davam etdirir. Sportnet.az-ın məlumatına görə, dünənki bərpadan sonra bu gün iki dəfə məşqə çıxıblar. Səhər futbolçular güc məşqini ediblər. Bura toplu və topsuz hərəkətlər daxil idi. Məşqin sonunda baş məşqçi Adil Şükürov komandanı top saxlamaq üzərində çalışdırıb.
Axşam məşqi səhərkindən fərqli olub. Bu dəfə "qartallar” taktiki-texniki hazırlığın yüksəldilməsinə çalışıblar. Komanda sabah bir məşqlə kifayətlənəcək. Bu, Boludakı 2-ci yoxlama oyunu öncəsi son hazırlıq olacaq.
"Zirə” iyulun 29-da Türkiyənin "Göztəpə” klubu ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19-00-da başlayacaq.