Azərbaycan UEFA-nın reytinqində əmsalını yaxşılaşdırıb. Sportnet.az-ın məlumatına görə, yazılan növbəti 0.125 xal "Qəbələ"nin Avropa Liqasının III təsnifat mərhələsində Fransanın "Lill" klubu ilə səfərdəki 1:1 hesablı heç-heçə sayəsində olub. 
Bununla da ölkəmiz cari mövsümdə xal ehtiyatını 2,125-ə çatdırıb. "Qarabağ"ın da 2 gün öncə Çempionlar Liqasında səfərdə - Çexiyada "Viktoriya" ilə heç-heçə (0:0) etdiyini nəzərə alsaq, bu həftə 2 bərabərlik sayəsində 1 qələbəyə bərabər xal - 0.500 xal toplaya bildik. 
"Qəbələ" cari mövsümdə ölkəmizə ən çox reytinq xal gətirən klubumuz olaraq qalır. Bu, keçirilən 5 oyundan 3-də qələbə, 1-də heç-heçə sayəsində 0.825 xaldır. İkinci yerdə olan "Qarabağ" ölkəmizin aktivinə 0.500 xal yazdırıb. Artıq mübarizəni dayandıran "Neftçi" ilə "Kəpəz"in hesabında hərəyə 0.375 xal var. 









                 





    
    
    
    
    
    
    
    
    























































