1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycana qol vuran kapitan yığmadan getdi
Almaniya milli komandasının futbolçusu Bastian Şvaynştayger milli karyerasını başa vurmağı qərara alıb. Sportnet.az-ın məlumatına görə, 31 yaşlı yarımmüdafiəçi bu haqda "Twitter"dəki şəxsi səhifəsində məlumat verib.
AVRO-2016-da millinin kapitanı olan "Mançester Yunayted"in futbolçusu azarkeşlərə müraciət edib: "Almaniya yığmasının əziz azarkeşləri! Mlli komandanın baş məşqçisinə gələcəkdə məni daha çağırmamağı xahiş etdim. Çünkli yığmada çıxışımı baaş vurmaq istərdim. Mən azarkeşlərə, komandaya, Almaniya Futbol İttifaqına və yığmanın əməkdaşlarına minnətdarlıq edirəm".
Qeyd edək ki, Şvaynştayger 2004-cü ildən oynadığı millidə 120 matçda 24 qol vurub. O, bu qollardan 1-i Azərbaycan yığmasına vurub. Bu, 2009-cu ilin avqustun 12-də Tofiq Bəhramov adına Respulika matçında 2:0 hesabı ilə qalib gəldikləri matçın 68-ci dəqiqəsində hesabı açdığı qoldur. Bastian 12 ildə dünya çempionu, mundialın 2 dəfə bürünc medalçısı, AVRO-2008-in gümüş mükafatçısı olub.