Çexiyanın "Viktoriya" klubunun baş məşqçisi Roman Pivarnik sabah yeni klubunda ölkə çempionatında debüt edəcək. Sportnet.az-ın məlumatına görə, təcrübəli mütəxəssis ilk turda "Jihlavan"nın qonağı olacaq.
Pivarnik həm bu, həm də Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində "Qaarabağ"la səfər matçında qələbəyə oynayacaqlarını bildirib: "Hesab edirəm k, çempioinatın ilk taurunda oyunda dominantlıq edərək qalib gələ bilərik. Mən "Jihlavan"ı Avstriyadakı təlim-məşq toplanışında görmüşəm. Çünki bu komanda bizə yaxın yerdə hazırlıq keçirdi. Hər 2 səfər oyununa ciddi hazırlaşırıq və rəqiblərimizi qiymətləndirməyə bilmərik. "Qarabağ"la oyundan sonra fasilə yetərincə olub. Futbolçular 4 günə tam hazır olacaqlar".
Xatırladaq ki, Pivarnikin "Viktoriya"da rəsmi debütü ÇL-də "Qarabağ"la ev oyununda qolsuz bərabərliklə olub. Plzenlilər Bakıdakı cavab oyununda avqustun 2-də meydana çıxacaqlar.