1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qurban Qurbanovun qalib gəldiyi, Rəşad Sadıqovun qələbə topunu vurduğu gün
"Qarabağ"ın Çempionlar Liqasında (ÇL) önəmli matça çıxacağı avqustun 2-də Azərbaycan klubları 3 dəfə avrokuboklarda oynayıblar. Sportnet.az-ın məlumatına görə, hər 3 matç budəfəki kimi cavab matçına təsadüf edib.
Maraqlıdır ki, bugünkü tarixdə ilk görüşümüz də məhz ÇL-də, məhz çexlərlə və məhz Tofiq Bəhramov adına Respublika stadionunda olub. Həmin vaxt - 16 il öncə ölkəmizi ilk dəfə bu turnirdə növbəti mərhələyə çıxaran "Şəmkir" Praqa "Slaviya"sı ilə üzləşib. Səfərdə 0:1 hesabı ilə uduzan Ağasəlim Mircavadovun komandası evdə böyük hesabla məğlub olub - 1:4. "Şəmkir"in yeganə qoluna gürcü bombardiri Badri Kvaratsxeliya imza atıb.
Bundan 7 il sonra isə 2 klubumuz avqustun 2-də cavab matçına çıxıblar. Bunlar UEFA kubokunun ilk mərhələ oyunları idi. İmişlinin "MKT-Araz" klubu turnirdə debütündə mərhələ adlaya bilməyib. Polşanın "Qrotslin" klubu ilə mərkəzi arenamızda qolsuz bərabərliyə qalan əyalət təmsilçisi səfərdə 0:1 hesabı ilə uduzub.
Həmin gün "Neftçi" Respublika stadionunda Avstriyanın Rid" klubu ilə təkrar oyuna çıxıb. Səfərdə 1:3 hesabı ilə uduzan "ağ-qaralar" evdə qalib gəliblər - 2:1. Maraqlıdır ki, həmin vaxt "Neftçi"nin baş məşqçisi hazırda "Qarabağ"ı çalışdıran Qurban Qurbanov, oyunda qələbə topunun müəllifi isə hazırda "Qarabağ"ın kapitanı olan müdafiəçi Rəşad Sadıqov olub. Düzdür, komandamız sonda buraxdığı qola görə mübarizəni dayandırsa da, hər halda, həmin oyunun qalibi olub. Bu, Qurbanovun məşqçi kimi avrokuboklarda ilk qələbəsi olub.
Azərbaycan klublarının avqustun 2-də avrokuboklarda keçirdiyi oyunlar
2000/01 mövsümü
Çempionlar Liqası, II təsnifat mərhələsi
Cavab oyunu
"Şəmkir" - "Slaviya" (Çexiya) - 1:4
Qol: Badri Kvaratsxeliya, 49
2007/08 mövsümü
UEFA kuboku, I mərhələ
Cavab oyunu
"Qrotslin" (Polşa) - "MKT-Araz" (Polşa) - 1:0
"Neftçi" - "Rid" (Avstriya) - 2:1
Qollar: Branimir Subaşiç, 14, Rəşad Sadıqov, 21
Mehman Süleymanov
Yazı AFFA yanında Media Komitəsinin dəstəyi ilə hazırlanıb