1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycan 16.000-a çatdı
Azərbaycan UEFA-nın klub reytinqində xal ehtiyatını artırmaqda davam edir. Sportnet.az-ın məlumatına görə, ölkəmiz "Qəbələ"nin Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində Fransanın "Lill” klubuna evdə 1:0 hesab gəlməsi sayəsində əlavə 0.250 xal qazanıb.
Bununla da Azərbaycan xal ehtiyatını 16.000-a çatdırıb və əvvəlki kimi 24-cü pillədə qərarlaşıb. "Qəbələ" isə bu mövsüm ölkəmizə ən çox xal qazandıran klubumuz olaraq liderliyinini davam etdirir. Roman Qriqorçukun komandasının xalı artıq 1-i keçib. İndi "qırmızı-qaralar"ın hesabında 1,125 xal var. "Qarabağ” ölkəmizə 0.625, "Kəpəz”lə "Neftçi” isə 0.375 xal qazandırıb. Yekunda Azərbaycan cari mövsüm 2.500 xal qazanıb.
Xatırladaq ki, "Qəbələ" Avropa Liqasında bu mövsüm keçirdiyi 6 oyundan 4-də qalib gəlib, 1-də heç-heçə edib, 1-də uduzub.