Azərbaycan və Sloveniya klubları avrokuboklarda 6-cı mövsüm görüşəcəklər. Sportnet.az-ın məlumatına görə, "Qəbələ" ilk dəfə Sloveniya, "Maribor" ilk dəfə Azərbaycan klubuna rəqib olub.
Ölkəmiz ilk dəfə ardıcıl 2 mövsüm məhz Sloveniya ilə qarşılaşıb. Bu, 2000/01 və 2001/02 mövsümlərində "Neftçi" ilə "Hit Qoritsa"nın dueli olub. Hər 2 halda slovenlər cütün qalibi olub. Bu ölkənin təmsilçisi bizimlə sonrakı 3 dueldə də daha çox sevinən tərəf olub. Bu, "Olimpiya"nın "Şəfa"nı, "Mura"nın "Bakı"dan üstün olduğu mübarizələrdir. Yalnız həmin "Neftçi" 1 dəfə cütün qalibi olub. Özü də evdə "Koper"ə uduzan "ağ-qaralar" mərhələ keçmək vəzifəsinin öhdəsindən səfərdə qazandığı 2:0 hesablı qələbə ilə gəlib. Həmin vaxt komandanın baş məşqçisi Böyükağa Hacıyev idi.
Sloveniya ilə qarşılaşmalarımızda əsas diqqətiçəkən məqam stadionla bağlıdır. Belə ki, "Şəfa" və (indiki "İnter Arena") və "Dalğa Arena" stadionlarında ilk avqrokubok matçlarımızı məhz slovenlərlə keçirmişik və heç birində qalib gələ bilməmişik.
Azərbaycan və Sloveniya klubları arasında avrokuboklarda oyunlar
2000/01 mövsümü
UEFA kuboku, ilk mərhələ
İlk oyun
10 avquts
"Neftçi" - "HİT-Qoritsa" - 1:0
Qol: Müşfiq Hüseynov, 1
Cavab matçı
24 avqust
"HİT-Qoritsa" - "Neftçi" - 3:1
Qol: Fərrux İsmayılov, 62
2001/12 mövsümü
UEFA kuboku, I mərhələ
İlk oyun
9 avqust
"Neftçi" - "HİT-Qoritsa" - 0:0
"Olimpiya" - "Şəfa" - 4:0
Cavab matçı
23 avqust
"HİT-Qoritsa" - "Neftçi" - 1:0
"Şəfa" - "Olimpiya" - 0:3
2012/13 mövsümü
Avropa Liqası, I təsnifat mərhələsi
İlk oyun
5 iyul
"Bakı" - "Mura" - 0:0
Cavab oyunu
12 iyul
"Mura" - "Bakı" - 2:0
2014/15 mövsümü
Avropa Liqası, II təsnifat mərhələsi
İlk oyun
17 iyul
"Neftçi" - "Koper" - 1:2
Qol: Araz Abdullayev, 45+1
24 iyul
"Koper" - "Neftçi" - 0:2
Qollar: Mirhüseyn Seyidov, 21, Karlos Kardozo, 84