1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ" də qol vurmazmış...
"Qəbələ" cari mövsümdə ilk dəfə meydanı qolsuz tərk edib. Sportnet.az-ın məlumatına görə, Roman Qriqorçukun komandası Azərbaycan Premyer Liqasının II turunda "İnter"lə "Dalğa Arena"da keçirilən ev oyununda qolsuz bərabərliklə bunu reallaşdırıb.
"Qırmızı-qaralar" 2016/17 mövsümünə Avropa Liqasında başlayıb və keçirdiyi 8 matçdan 6-sı bu turnirə təsadüf edir. "Qəbələ" ilk III təsnifat mərhələsi matçlarında "Samtredia"ya 5 (Gürcüstan, evdə 5:1, səfərdə 1:2), MTK-ya 4 (Macarıstan, səfərdə 2:1, evdə 2:0), "Lill"ə 2 qol (Fransa, səfərdə 1:1, evdə 1:0) vurub. "Qırmızı-qaralar" Premyer Liqamızda ilk turda "Kəpəz"i "Dalğa Arena"da 2:0 hesabı ilə məğlub etmişdi.
Premyer Liqamızda son 3 mövsümün qalibi olan "Qarabağ"ın avrokuboklarda qol vurmadığı matç olub. Bu, çıxış etdiyi Çempionlar Liqasının II təsnifat mərhələsində Çexiyanın "Viktoriya" klubu ilə səfərdə 0:0 hesabı ilə nəticələnən oyundur. Ancaq "Qəbələ" üçqat çempionatdan fərqli Avropada meydanı qolsiz tərk etməyib.
Roman Qriqorçukun sonuncu dəfə meydanı qolsuz ötən çempionatın 34-cü turunda tərk edib. Bu, mayın 11-də "Qarabağ"a "Azərsun Arena"da 0:2 hesabı ilə uduzduğu matç olub. Yəni "Qəbələ" 93 gündən sonra rəqib qapısına yol tapmayıb.
Maraqlıdır ki, "İnter"lə "Qəbələ" arasında çempionat qarşılaşmalarının 10 illik tarixi məhz 0:0-la başlayıb. Düzdür, "Qəbələ" 2006-cı ilin avqustun 5-də baş tutan həmin ev oyununda "Gilan" olub və matç Yevlaxda keçirilib. Komandaların qol vurulmadığın sonuncu görüşü isə 2 il öncə olub. 2014-cü ilin mayın 12-də keçirilən həmin matç "İnter Arena"da olub.
Xatırladaq ki, "Qəbələ" avrokuboklarda iştirakçılarımız arasında həm ən çox qalib gələn (4 qələbə), həm də ən məhsuldar (12 qol) komandadır.
Mehman Süleymanov
Yazı AFFA yanında Media Komitəsinin dəstəyi ilə hazırlanıb