1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Kəpəz"in qol dərdi
"Kəpəz" 2016/17 mövsümündə qol vurmaqla bağlı ciddi problemlə üzləşib. Sportnet.az-ın məlumatına görə, Şahin Diniyevin komandası cari mövsümdə Avropa Liqası və Azərbaycan Premyer Liqasında ümumilikdə keçirdiyi 6 oyunda cəmi 1 qol vurub.
Bunda da daha çox rəqib qapıçının "əməyi" olub. Çünki Avropa Liqasının I təsnifat mərhələsində "Daçiya" ilə səfərdə keçirilən cavab matçında (1:0) "Kəpəz"in braziliyalı yarımmüdafiəçisi Dario Federikonun o qədər də güclü olmayan zərbəsini moldovalı qolkiper əlindən buraxıb. Gəncəilər "Daçiya"ya evdə, II təsnifat mərhələsində rəqibi olan Avstriyanın "Austriya" klubuna isə heç bir oyunda qol vura bilməyib.
Şahin Dniyevin komandası bu çempionata "Qəbələ"yə səfərdə 0:2 hesablı məğlubiyyətlə başlayıb. Ardından Gəncədə mövsümün ilk matında isə AZAL-la qolsuz bərabərlik qeydə alınıb.
"Kəpəz" ötən mövsümün son matçında da meydanı qolsuz tərk edib. Bu, "Qəbələ"yə bürünc medal qazandıran 0:1 hesablı nəticə olub. Gəncə klubunun vətənində vurduğu sonuncu qol 35-ci turda "Zirə" isə səfərdə 2:2 hesabı ilə nəticələnən matçda olub. Oyunun 75-ci dəqiqəsində həmin qolun müəllifi olan yarımmüdafiəçi Bəxtiyar Soltanov mövsüm bitəndən sonra komandadan göndərilib. Gəncə təmsilçisi doğma stadionunda son qolu isə bundan 1 tur öncə - "Neftçi"yə 1:2 hesabı ilə uduzduğu qarşılaşmada 4-cü dəqiqədə vurub. Onun müəllifi isə "Kəpəz"in kamenrunlu hücumçusu, ötən mövsüm bombardiri olan Juilen Ebahdır.
Göründüyü kimi, "Kəpəz"in qol vura bilməməsi onun eyni zamanda uzun müddətdir qələbə həsrətində olmasına da gətirib çıxarıb. Bu müddətdə qazanılan yeganə qələbə tarixi olsa belə...
Mehman Süleymanov
Yazı AFFA yanında Media Komitəsinin dəstəyi ilə hazırlanıb